Şəkərbura- paxlava xonçası Azərbaycan mətbəxinə məxsus olan və Novruz bayramında hazırlanan tradisional bir təəmüldür. Xonça adətən toy-bayram olduqda istifadə olunur. Əsasən nişanlarda, xeyir iş xonçaları hazırlandıqda bu metodlardan istifadə olunur. Xonçanın içərisində müxtəlif hədiyyələr, meyvələr, şirniyyat və s. ola bilər.
Belə ki, Azərbaycan ənənələrinə görə xonçaya tək sayda, yəni 49 və ya 51 ədəd şəkərbura, paxlava qoyulur və qız evinə aparılır. Siz şəkərbura-paxlava xonçalarından qonaq gedəndə, eləcə də evinizdə bir məclis olanda da istifadə edə bilərsiniz.
Amma şəkərbura- paxlava bizim qonaq stollarımızın da bəzəyidir. Hələ Novruz bayramını demirik. Hər evdə yumru sinidə bəzədilmiş bayram xonçası. Xonçalarımızda hazırda başlıca yeri paxlava, şəkərbura və qoğal tutur. Qoğal Günəşin rəmzi, şəkərbura Ayın rəmzi, Paxlava isə ulduzların rəmzi sayılır.
Azərbaycanlılar üçün Novruz bayramının başqa yeri var. Bu bayram qədim adətlərini də özündə birləşdirir. Novruz həm tonqalı ilə, həm də şirin xonçası ilə sevilir. Novruzda qulaq falına çıxarlar, tonqaldan tullanarlar. Novruz səmənisi və bol nemətləri ilə hər bir insanı sevindirər.
Azərbaycanın müxtəlif ərazilərində özünəməxsus xonçalar hazırlanır və hər bir tədbirə görə tərkibləri də, adları da müxtəlif olur. Məsələn: Nişan xonçası (içərisində mütləq nişan üzüyü və qırmızı baş örtüyü olmalıdır), Ağ xonça (Novruz, Ramazan və bu kimi bayramlarda qız evinə oğlan evi tərəfindən aparılan xonça), Qənd Paşı (qız evinə nişanda gələn xonçaların qablarında qız evi xonça tutar və oğlan evinə qabları xonça şəkilində geri qaytarar), Novruz xonçası və s.
Novruz süfrələrinin də bəzəyi elə şəkərbura-paxlavadır. Bayramda hansı azərbaycanlının qapısını döysəniz, qarşınıza nəfis bəzədilmiş şəkərbura-paxlava xonçası çıxar. Qədim ənənələrə görə, şəkərbura ayı, paxlava isə torpağı simvolizə edir. Novruz bayramı yazın gəlişini, təbiətin oyanması deməkdir. Ona görə də, bu bayramda stola bu nemətlərin qoyulması vacibdir.
Yüz illərdir formalaşan adət-ənənəmizə görə, ilaxır çərşənbədə və Novruz bayramında süfrələrimizdə şəkərbura, badambura, paxlava kimi şirniyyatlar üstünlük təşkil edir. Bu il də xanımlarımız bu şirniyyatlardan bişirməyə hazırlaşırlar. Bəs ən yaxşısından hazırlamaq üçün nə lazımdır? AFN kollektivdəki xanımların tövsiyəsi və rəyi əsasında oxuculara ən yaxşı şəkərbura reseptini təqdim edir.
Unu ələyib xəmir yoğuracağımız qaba qoyuruq, ortasına yumşaldılmış yağı, mayanı, şəkəri, yumurtaları ağlı-sarılı yüngül çalıb əlavə edirik. Bunları əllə qarışdırdıqdan sonra yavaş-yavaş süd əlavə edib xəmiri yoğururuq. Orta bərklikdə xəmir hazırlayıb paketə büküb soyuq yerdə 5 dəqiqə saxlayırıq.
Soba tavasını, əvvəlcədən hazırlanmış içliyi (fındığı rəndədən, yaxud qarışdırıcıdan keçirib içinə şəkəri və yarım xörək qaşığı hili əlavə edib qarışdırırıq-red.), bəzək maqqaşlarını hazırladıqdan sonra xəmirin yarısını kəsib yumurta boyda kündələr tuturuq. Qalan yarı xəmiri yenidən paketə büküb soyuq yerə qoyuruq.
Kündələri təxminən böyük fincanın ağzı ölçüsündə yayıb paketin altında üst-üstə yığırıq. Hamısını yaydıqdan sonra ən altdakından başlayaraq götürüb içinə bir xörək qaşığı içlik əlavə edib ağzını bükürük. Bükdüyümüz şəkərburaları ağzıüstə paketin altına yığırıq. Hamısı bitdikdən sonra bir-bir götürüb üzərini naxışlayıb tavaya düzürük.
Əvvəlcədən 150 dərəcədə isidilmiş sobaya qoyub təxminən 20-25 dəqiqə (altı yüngül qızarana qədər-red.) bişiririk.
P.S. Bir çox xanımlar şəkərburanın xəmirinə xama qatırlar, lakin biz bunu tövsiyə etmirik. Xamasız xəmirdən hazırlanan şəkərburaların naxışı itmir, həmçinin uzun müddət qalanda da qurumur.
Şəkərbura- paxlava xonçası, Azərbaycan mətbəxinin və ən çox da Novruz bayramının simvolik və ən tanınmış təəmül nümunələrindən biridir. Bu xonça, əsasən Novruz bayramının müstəqil və müqəddəs bir hissəsi kimi qəbul edilir. Bəs şəkərbura xonçasının qiyməti neçəyə olur?
“Rəmzioğlu” şirniyyat mağazasında həm milli nemətlər, həm də türk kulinariyasının şirniyyatları satılır. Milli setdə həm şəkərbura, həm də paxlava olur. 8 paxlava və 6 şəkərbura qoyulan bu qutunun qiyməti 25.90 AZN-dir.
Bu şirniyyat evində şəkərburalar sayla satılır. Azərbaycanlılar isə daha çox şəkərbura xonçalarını xeyir işlərdə- nişan və toylarda istifadə edirlər. Adətə görə, nişanda qız evinə tək say olmaqla, yəni 49, 51 və s. sayda şəkərburadan hazırlanmış xonça aparılır. Şəkərbura-paxlava xonçasının hazırlanmasında bizim mağazanı seçə bilərsiniz.
Bizim satış mərkəzində 1 şəkərburanın qiyməti – 2 AZN-dir.
Eyni adətlər paxlava üçün də keçərlidir. Belə ki, xonçaya hazırlanmış iri, səliqəli və şirəli paxlavalar yığılır və xeyir işə aparılır.
Paxlavalara gəlincə, onların qiyməti işliyə görə dəyişir. Bildiyiniz kimi, paxlava qoz, fındıq və badam içliyi ilə bişirilir.
“Rəmzioğlu” paxlavada Azərbaycan və türk mətbəxinə aid şirniyyatlar satılır. Nəfis dadlar tanınmış və peşəkar şirniyyatçılar tərəfindən hazırlanır və müştərilərə təqdim olunur. Saytımıza daxil olaraq həm çeşidlərimizlə tanış ola bilərsiniz, həm də rahatlıqla sifariş üçün nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, məhsullarımızda qutunun çəkisi nəzərə alınmır. Bu isə sifarişçilərə rahatlıqla öz seçimlərini etmək imkanı verir.
Bizi Youtube’dan da izləyin: