Hər Gün 09:00 - 23:00

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionatı

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionatı Azərbaycanda keçirildi

Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəli qənnadı və çörəkbişirmə sənəti üzrə birincilik” keçirilib. Bu mötəbər tədbir Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Qətər, Şri-Lanka, İran, BƏƏ və Vyetnamdan gələn nümayəndələri, həmçinin peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirib. Tədbirin əsas məqsədi iştirakçıların ustalıqlarını nümayiş etdirməsi, yeni texnikalar öyrənməsi və beynəlxalq təcrübə mübadiləsi aparması olub.

Yarışmada müxtəlif nominasiyalar təqdim olundu

İştirakçılar müxtəlif nominasiyalar üzrə yarışaraq öz bacarıqlarını nümayiş etdirdilər. “Milli şirniyyatlar masası”, “Art-sinif (şirniyyat və şokolad məmulatları)”, “Toy tortu”, “Çörəkbişirmə sənəti”, “Meyvə və tərəvəz oyma kompozisiyaları” və “Tortun praktiki hazırlanması sinfi” kimi kateqoriyalar yarışmaya xüsusi maraq qatdı. Münsiflər heyəti təqdim olunan işləri həm dizayn, həm dad, həm də peşəkarlıq baxımından qiymətləndirdi.

Rəmzioğlu Paxlava qızıl medal qazandı

Rəmzioğlu Paxlava olaraq biz də bu beynəlxalq tədbirdə fəal iştirak etdik və milli şirniyyatlarımızı təqdim etdik. Yarışmada iştirak edərək Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirməyə çalışdıq. Çempionatda Qızıl Medal qazanmaqla həm şirkətimiz, həm də xalqımız üçün böyük bir uğura imza atdıq.

Bu qələbə yalnız bizim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Çünki milli paxlava sadəcə bir şirniyyat deyil, o həm də xalqımızın mədəniyyətini, tarixini və adət-ənənələrini özündə əks etdirən xüsusi bir milli dəyərdir.

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionat yarışmasında əldə olunan bu uğur milli şirniyyatlarımızın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha göstərdi.

Milli şirniyyatlarımızın beynəlxalq təqdimatı

Azərbaycan adət-ənənələrinə söykənən milli şirniyyatlarımızı qorumaq, inkişaf etdirmək və dünyaya tanıtmaq bizim üçün əsas məqsədlərdən biridir. Bu kimi beynəlxalq tədbirlər milli məhsullarımızın keyfiyyətini nümayiş etdirmək, ölkəmizin zəngin mədəniyyətini tanıtmaq və gələcək nəsillərə milli dəyərlərimizi çatdırmaq üçün çox vacibdir.

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionatı

həm də Azərbaycan gastronomiyasının beynəlxalq arenada tanınmasına böyük töhfə verdi. Xarici iştirakçılar milli paxlava və digər şirniyyatlarımız haqqında daha yaxından məlumat əldə etdilər və Azərbaycan mətbəxinə böyük maraq göstərdilər.

Rəmzioğlu Paxlava milli dəyərləri tanıtmağa davam edir

Rəmzioğlu Paxlava olaraq biz hər zaman milli şirniyyatlarımızı yüksək standartlarla təqdim etməyə, onların keyfiyyətini artırmağa və Azərbaycan adət-ənənələrini bütün dünyaya tanıtmağa davam edəcəyik. Gələcəkdə də beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycan milli şirniyyatlarını daha geniş auditoriyaya təqdim etməyi hədəfləyirik.

Bu uğur bizim üçün böyük qürur mənbəyidir və bizi daha böyük nailiyyətlər əldə etmək üçün motivasiya edir.

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionat yarışmasında qazanılan Qızıl Medal milli mətbəximizin beynəlxalq səviyyədə dəyər gördüyünün ən gözəl nümunələrindən biridir.

 
 

Qənnadçılıq üzrə 1-ci Respublika Çempionatı