Çərşənbə axşamlarında süfrənizin özəl qonağı, Şəkərbura və Paxlava.
Millətimizin ən özəl və sevimli milli bayramlarından biri artıq yaxınlaşır! Fevralın 25-də Novruzun müjdəçisi olan ilk çərşənbəmiz – Su Çərşənbəsini qeyd edəcəyik.
Çərşənbə axşamları qədimdən bəri xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Od, Su, Yel və Torpaq çərşənbələri təkcə təbiət ünsürləri deyil, həm də insan həyatının ayrılmaz hissəsi, yenilənmə və ümid simvoludur. Novruz Bayramı isə xalqımızın yüzillər boyu yaşatdığı, nəsildən-nəslə ötürdüyü ən dəyərli mədəni miraslarımızdan biridir.
Çərşənbələr bizim ən qədim və dəyərli bayramımız olan Novruzun gəlişindən xəbər verən mühüm günlərdir. Novruz deyəndə isə hər birimizin ağlına Şəkərbura və Paxlava gəlir – bu dadlar bayram süfrələrinin ayrılmaz hissəsinə çevrilib.
Şəkərbura və paxlavanın unvanı Ramzioglu!
Biz Rəmzioğlu olaraq, çərşənbə və Novruz Bayramlarına xüsusi həssaslıq və dərin sevgi ilə hazırlaşırıq. Xalqımızın əsrlərdir yaşatdığı dəyərlərə sadiq qalaraq, ənənəvi Şəkərbura və Paxlava hazırlayırıq. Bu nemətlərin hər biri sevgi ilə yoğrulmuş, incə əl işi ilə bəzədilmiş və sizə unudulmaz dad təcrübəsi bəxş edəcək şəkildə hazırlanır. Xalqımıza sevgimizlə yoğrulmuş, ləzzəti ilə seçilən və ənənəvi dəyərlərimizi əks etdirən Şəkərbura və Paxlavalar təqdim edərək, bayram süfrələrinizdə öz yerimizi almağa çalışacağıq.
Bayramın ruhunu hiss etmək və dadlı ənənələrimizi qoruyub saxlamaq üçün sizə Rəmzioğlu keyfiyyətini təqdim edirik!
Qoy, bu bayram hər bir evə bərəkət, sevinc və xoşbəxtlik gətirsin!



