İSTİFADƏÇİ MÜQAVİLƏSİ

Son dəfə yenilənib: — 25.05.2022

“Rəmzioğlu Paxlava” Məhdud Məsuliyyətli Cəmiyyəti: (VÖEN: 1504792251)

Hüquqi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Montin Daş Karxanası, ev 627

01.10.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

Qeydiyyta nömrəsi:

Əlaqə məlumatları:

Telefon:

Elektron poçt:

Faks:

Xidmət barədə məlumatlar:

  1. Ümumi müddəalar

Siz “Rəmzioğlu Paxlava” MMC (bundan sonra “Şirkət”, “biz”, “bizi” və “bizim” kimi istinad ediləcəkdir) tərəfindən təmin edilən www.ramzioglu.az internet səhifələdən (bundan sonra Səhifə kimi istinad ediləcəkdir) istifadə edirsiniz. Hazırkı İstifadəçi Müqaviləsi (“Qayda”) “İstifadəçi”, “siz” və “sizin” dedikdə, sözügedən Səhifəyə daxil olan və ya ondan istifadə edən istənilən şəxs nəzərdə tutulur.

Bu Qaydaların müəyyən hissələri sizinlə şirkət arasında öhdəlikləri müəyyən etdiyindən özündə müqavilə münasibətlərinin elementlərini ehtiva edir və gələcəkdə tərəflər arasında hər-hansı mübahisə yaranarsa, onlar arasında razılaşdırılmış və qəbul olunmuş Müqavilə rolunda da çıxış edəcək. Hazırkı qaydalar “Rəmzioğlu Paxlava” MMC tərəfindən sizə fiziki iştirakınız olmadan uzaqdan xidmət göstərilməsi məqsıdi ilə tərtib edilmiş və sizn istənilən formada qəbul etmənizlə (aksept) müqavilə qüvəssinə malik ümumi ofertadır.

Səhifə istifadə etməzdən əvvəl, Qaydanı diqqətlə oxumağınız xahiş olunur və əgər siz bu qaydalarla tanış olmadan Səhifədən istifadə etməkdə davam edirsinizsə, bu Qaydanın şərtləri ilə razı olduğunuzu bəyan edirsiniz.

Səhifəyə daxil olmaqla və/və ya istifadə etməklə, siz hazırkı Qaydanı diqqətlə oxuduğunuzu və anladığınızı bildirir və buna dair üzərinizə öhdəliklər götürməniz barədə razılıq verirsiniz. Hazırkı Qaydada əks olunan öhdəlikləri üzərinizə götürmək istəməyədiyiniz təqdirdə, cari səhifəni tərk etməniz və Səhifənin hər hansı gələcək istifadəsindən və ya Səhifəyə daxil olmaqdan çəkinməniz xahiş olunur. Səhifədən istifadə etməklə və ya Səhifəyə daxil olmaqla, siz hazırkı Qaydaya istinad etməklə daxil edilmiş və Səhifənin istifadəsi ilə bağlı üçüncü tərəflərin Qayda şərtlərinə və istənilən digər əlavə qayda, təlimat və şərtlərinə riayət edəcəyinizə dair razılıq verirsiniz. Hazırkı Qayda heç bir üçüncü şəxsin iştirakı olmadan sizinlə Şirkət arasında bağlanır.

Bu Qaydalar həmçinin, İstifadəçi ilə bizim aramızda Səhifə üzərindən hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, sizə və ya üçüncü şəxslərə çatdırılması xidmətləri (bundan sonra Xidmət və ya Məhsul) barədə şərtləri müəyyən edir.

  • Səhifənin mətni tərkibi

2.1. Bu internet səhifələrinin məzmunu ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Burada açıqlanan məlumatların düzgünlüyünə, aktuallığına və anlaşıqlı olmasına diqqətlə nəzər yetirilir. Məlumatların məzmunu mütəmadi olaraq yeniləşdirlir. Bu veb saytda dərc edilmiş məlumatlar və dizayn elementlərinin müəlliflik hüququ qorunur. Bizim yazılı icazəmiz olmadan məlumatların nə tam, nə də hissə şəklində çap edilməsi, surətinin çıxarılması, çoxaldılması, tərcümə olunması və ya hər hansı bir digər üsulla istifadə olunması qadağandır. Bu xüsusilə bizim tərəfimizdən nəşr edilmiş və yaradılmış məlumatlar, sənədlər, səhifələr, obyektlər və sairəyə aid edilir.

2.2. Biz, istənilən vaxt və ya vaxtaşırı, müvəqqəti və ya daimi olaraq tam və ya qismən Səhifənin və ya Səhifənin tərkib hissəsi olan digər istənilən məlumatın, xidmətin, məzmununun, məhsulun və ya funksiyanın; Səhifədən istifadə və onlayn alış-veriş şərtlərinin (ödənişin) modifikasiyası, dayandırılması və ləğv edilməsi; Səhifə ilə bağlı istənilən haqq və ödənişləri dəyişmək və/və ya ləğv etmək; və/və ya Səhifə  istifadəçilərinin bir qisminə (ayrı-seçkiliyə yol verməmək şərtilə) və ya hamısına əlavə imkanlar təklif etmək hüququnu özümüzdə saxlayırıq. Siz bununla razılaşırsınız ki, nə biz, nə də bizə hər hansı formada aidiyyəti olan şəxslərimiz, törəmə müəssisəmiz, vəzifəli şəxsimiz, direktorumuz, təsisçimiz, işçimiz, agentimiz, lisenziya verən şəxsimiz və ya nümayəndəmiz Səhifənin və ya Səhifə vasitəsilə təklif olunan istənilən xidmətin, tərkib hissənin, məhsulun və ya funksiyanın qismən və ya bütövlükdə modifikasiyasına, dayandırılmasına və ləğv edilməsinə görə sizin və ya istənilən üçüncü şəxsin qarşısında məsuliyyət daşımırıq.

  • Səlahiyyət

Siz Səhifədən yalnız hazırkı Qaydaya  riayət etməklə və Səhifədə qeyd olunan təlimatları yerinə yetirməklə istifadə edə bilərsiniz.

  • Məhdudiyyətlər

Qüvvədə olan qanunvericiliklə aydın şəkildə yol verilən hallar istisna olmaqla, siz:

4.1.  Səhifəni modifikasiya etməyəcəyinizə, uyğunlaşdırmayacağınıza, təkmilləşdirməyəcəyinizə, dəyişdirməyəcəyinizə, tərcümə etməyəcəyinizə və ya onun əsasında törəmə məhsul yaratmayacağınıza;

4.2.  Səhifəni və ya onun istənilən tərkib hissəsini və ya elementini Səhifə ilə nəzərdə tutulmayan digər Səhifə və ya proqram təminatı, məlumat bazası və ya xidmətlərlə birgə istifadə etməyəcəyinizə və ya birləşdirməyəcəyinizə;

4.3. Səhifəni istənilən üçüncü tərəfə sizin adınızdan istifadə etməklə təqdim etməyəcəyinizə, məlumatlarınızı paylamayacağınıza, satmayacağınıza və ya digər şəkildə ötürməyəcəyinizə;

4.4.  Səhifədən xidmət mənbəyi kimi istifadə etməyəcəyinizə;

4.5. Səhifənin texnologiyasını açmayacağınıza, mənbə kodunu araşdırmağa çalışmayacağınıza, təhlil etməyəcəyinizə və ya digər şəkildə Səhifənin mənbə kodunun və ya strukturunun əldə olunmasına, yaxud Səhifə in şifrəsinin açılmasına cəhd göstərməyəcəyinizə;

4.6. Səhifə in işinə istənilən şəkildə müdaxilə etməyəcəyinizə;

4.7. Səhifəyə girişi tənzimləyən və ya nəzarət edən hissədə istənilən elektron müdafiə tədbirlərindən boyun qaçırmayacağınıza və ya boyun qaçırmağa cəhd etməyəcəyinizə;

4.8. bilavasitə bizim tərəfimizdən öncədən verilmiş yazılı razılıq olmadan Səhifənin aşkar edilməsi, indeksləşdirilməsi, axtarılması və məlumat toplanılması, yaxud istənilən şəkildə araşdırılması üçün və yaxud Səhifənin naviqasiya strukturunun və ya təqdimatının təkrar yaradılması və ya bunlardan yan keçilməsi üçün hər hansı bir robotdan, spayderdən, sayt axtarış/aşkarlama Səhifələrindən, yaxud digər mexaniki və ya avtomatik qurğulardan istifadə etməyəcəyinizə;

4.9. Səhifəni heç bir kommersiya məqsədləri üçün istifadə etməyəcəyinizə; yaxud

4.10.  Səhifəyə çıxışla və ya onun istifadəsi ilə bağlı bütün qüvvədə olan qanunvericiliyin, qayda və təlimatların müddəalarını pozmayacağınıza və üçüncü tərəflərin də burada sadalan şərtləri pozmasına yol verməyəcəyinizə dair razılıq bildirirsiniz.

  • Məxfilik

5.1. Bu Səhifədə bizim məlumatın qorunması və məxfilik təcrübəmizdən fərqli qaydaları özündə əks edən digər internet saytlara keçid linkləri ola bilər. Şirkət sözügedən bu cür internet saytlarının məzmununa və məxfilik siyasətinə görə məsuliyyət daşımır, belə ki, həmin saytlar tərəfimizdən idarə olunmur. Bu səbəbdən, qeyd edilən internet səhifələrin Məxfilik Siyasətini nəzərdən keçirməyinizi tövsiyə edirik.

5.2. Şirkət  998-IIIQ nömrəli 11 may 2011-ci il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq, sizə dair şəxsi, məxfi məlumatı toplaya, emal edə, istifadə edə və ya üçüncü tərəflərə ötürə bilər.

5.3. Şirkət həmçinin, Səhifə üzərində istifadəçi istifadəsini asanlaşdırmaq, təkmilləşdirmək və ya daha da keyfiyyətli etmək üçün Tərtiqdən istifadəyə dair (fərdi məlumat hesab olunmayan) statistik məlumatları da toplaya, emal edə, istifadə edə və ya üçüncü tərəflərə ötürə bilər.

5.4. Biz bildiririk ki, heç bir halda sizin nağdsız (onlayn) qaydada etdiyiniz ödənişlər üzrə heç bir məlumatı toplamır, emal etmir və ya üçüncü tərəflərə ötürmürük. Nağdsız qaydada edəcəyiniz ödənişlər zamanı bank əməliyyatlarınız və bank sirrinə aid olan məlumatlarınız sizinlə müvafiq bankınız və ya onun səlahiyyət verdiyi üçüncü şəxslər, və ya ödəniş aqreqatorları arasında olacaq.

  • Xidmət və Məhsulun sifarişi

6.1. İstifadəçi hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, özünə və ya üçüncü şəxslərə çatdırılmasını sifariş etmək üçün Səhifədə qeydiyyatdan keçməli və bu zaman zəruri olan məlumatları doğru olaraq xanalara daxil etməlidir.

6.2. İstifadəçi hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, özünə və ya üçüncü şəxslərə çatdırılmasını sifariş etdikdə, sözügedən Məhsul və Xidmətin şərtləri, tərkibi, qiyməti, saxlanma şərtləri, çatdırılma qaydaları və müddətləri ilə bağlı məlumatla Səhifədə tanış olur. Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi Səhifədə olmadıqda, bizimlə e-mail və ya telefon vasitəsi ilə əlaqə saxlayaraq bütün digər zəruri məlumatları bizdən tələb edir və yalnız bundan sonra özü üçün ən uyğun və munasib olan Məhsul və/və ya Xidməti sifariş edirsiniz.

6.3. Məhsul və Xidmətin haqları Səhifədə sizin tərəfinizdən seçilən qaydada ödənilir.

6.4. Çatdırılma xidmətinin [RH1] icrası üçün siz bizə doğru və tam çatdırılma məlumatlarını və əlaqə vasitələrini təqdim edir və ödənişi Səhifədə seçdiyiniz qaydada (və ya çatdırıldıqdan sonra nağd və ya nağdsız qaydada) edirsiniz. Ödəniş üç formada icra edilə bilər:

  1. Nağdsız (onlayn) qaydada – siz bu ödəmə üsulunu seçdikdə, ödənişi Səhifədə təqdim olunan müvafiq onlayn ödəmə funksiyası vasitəsi ilə həyata keçirirsiniz. Biz ödənişlərin icrası üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından (aqreqator) və ya bank xidmətlərindən istifadə edir. Bunun üçün siz müvafiq kart məlumatlarını doğru və tam şəkildə onlayn ödəniş məqsədi ilə zəruri xanalara daxil edirsiniz. Sifariş üzrə onlayn ödəniş İstifadəçi tərəfindən Səhifədə təsdiq edilərkən onun dəyəri İstifadəçinin kartından qabaqcadan tutulur.
    1. Nağd qaydada – ödənişlər İstifadəçi bu ödəmə üsulunu seçdikdə və ya sifarişin məbləği minimal sifariş məbləğindən çox olmadıqda olur. Sifarişin dəyəri Sifariş olunan Məhsulun dəyəri Məhsul birbaşa olaraq sizə və ya Sifarişdə qeyd etdiyiniz şəxsə təqdim olunan zaman, lakin təslim anından əvvəl nağd qaydada ödənilir.

c)  Keşbəklə ödəniş – İstifadəçi bu ödəmə üsulunu yalnız Səhifədən daha əvvəllər etdiyi sifarişlər nəticəsində toplanmış və tətbiq olunan Loyallıq proqramı çərçivəsində, topladığı keşbək balansı kifayət etdikdə seçə bilər. İstifadəçi bu ödəmə üsulunu seçdikdə, sifariş İstifadəçi tərəfindən Səhifədə təsdiq edilərkən onun qiymətinin bir hissəsi İstifadəçinin keşbək balansından avtomatik olaraq tutulur. Bu halda İstifadəçinin keşbək balansı bu üsulla ödəmək istədiyi məbləğdə azalır. Keşbək balansındakı vəsait tam olaraq yetdiyi hallarda isə, İstifadəçinin əlavə ödəniş etməsinə zərurət qalmır.

  • Biz sizin sifariş etdiyiniz Məhsul və Xidməti sifarişinizə uyğun miqdar, qayda və kəmiyyətdə icra edirik. Əgər belə uyğunsuzluq olarsa, çatdırılma və ya satışın təslimi zamanı uyğunsuzluq barədə öz irad və qeydlərinizi bizə bildirə bilərsiniz.
    • Alqı-satqı və çatdırılma müvafiq qanunvericiliyin müəyyən etdiyi qaydada və müvafiq təsdiqedici sənəd və məlumatları sizə çatdırmaqla icra olunur.
  • Mülkiyyət hüququ

7.1. Şirkət qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, Səhifəyə dair qanunvericiliklə qorunan və bizə məxsus olan və ya bizim tərəfimizdən lisenziyalaşdırılan bütün maraqları, əqli mülkiyyət, sahiblik hüquqlarını və adları, həmçinin Səhifənin bütün nüsxələrini, o cümlədən Səhifə ilə bağlı olan, lakin bunlarla məhdudlaşmayan, kompüter kodu, sənəd və sənədləşmə, müəllif hüquqları, patentlər, ticarət nişanları, kommersiya sirri, ticarət adları, digər adlar, simvollar, işarələr, ifadələr, konsepsiyalar, ixtiranın xarakteri, obrazın xarakteri, dialoq, ayarlar, süjet xətti, mövzular, animasiya, audiovizual effektlər, səs effektləri, musiqi işləri və iş metodları və sair kimi əqli mülkiyyət (“Nişanlar“) üzərində sahiblik hüququnu özündə saxlayır. Səhifə Azərbaycan Respublikasının müəllif hüquqlarına dair qanunvericiliklə, beynəlxalq Qaydalar, konvensiyalar və bütün dünyada Səhifə edilən digər qanunlar ilə qorunur.

7.2. Bilavasitə bizim tərəfimizdən verilmiş yazılı razılıq olmadan (istənilən səbəbdən bu cür razılığın verilməsindən imtina etmək hüququmuz vardır), istənilən Nişanı reklamda və ya kommersiya xarakterli istənilən yayımda istifadə etməyinizə yol verilmir.

  • Qaydanın mətninin dəyişdirilməsi və ya ləğvi

Şirkət öz mülahizəsinə uyğun olaraq, istənilən vaxt istənilən səbəbdən və ya səbəbsiz olaraq, əvvəlcədən bildiriş göndərməklə və ya göndərmədən hazırkı Qaydanı dəyişdirə, dayandıra və ya ləğv edə bilər. 

  • İstifadəçi təsdiqi və bəyanatları

9.1. Siz qəbul edir və razılaşırsınız ki, Səhifəyə çıxış və ondan istifadə üçün bütün telekommunikasiya vasitələrinin, geniş-zolaqlı çıxış və kompüter texnikasının, avadanlıqların və xidmətlərin alınmasına və saxlanılmasına, həmçinin bununla bağlı bütün ödənişlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyırsınız.

9.2. Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifə əsasında şəxsiyyətiniz eyniləşdirildikdən sonra sifariş edəcəyiniz xidmətlər yalnız sizin tərəfinizdən sifariş olunmuş hesab ediləcək.

9.3. Siz qəbul edir və təsdiq edirsiz ki, Səhifədə İstifadəçi paneli mövcud olacağı halda, heç bir şərtlə müvafiq panellə daxil olmaq üçün istifadəçi şifrəsini digər şəxslərə verməyəcəksiz, onlara bu şifrəni əldə etmək və ya digər üsulla panelə çıxışlarına şərait yaratmayacaqsız. 

9.4. Siz qəbul edir və təsdiq edirsiniz ki,  Səhifə vasitəsilə ilə hər hansı xidmət üçün müraciət etdikdə, Şirkətin və/və ya xidməti icra edən bankın müəyyən etdiyi xidmət haqqı sizin qeyd etdiyiniz (edəcəyiniz) bank hesabından akseptsiz qaydada tutulacaq. Tutulmuş xidmət haqları heç bir halda geri qaytarılmır. Müvafiq hesabda yetərli vəsait olmadığı təqdirdə isə xidmət göstərilməsindən imtina olunacaq.

9.5. Siz qəbul edir və təsdiq edirsiniz ki,  Səhifə vasitəsilə ilə hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, sizə və ya üçüncü şəxslərə çatdırılması üçün müraciət etdikdə, Şirkətin bu xidmətlər üçün müəyyən etdiyi haqları nağd və ya nağdsız (onlayn) qaydada ödəyirsiniz və ödənişin Şirkətin müəyyən etdiyi qaydada icra edilməməsi və ya natamam icra edilməsi zamanı sizə göstərilən Xidmət və ya Məhsulun təqdim olunması ləğv olunacaq.

9.6. Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifə vasitəsilə ilə hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, sizə və ya üçüncü şəxslərə çatdırılması üçün müraciət etdikdə, Şirkətin həmin məhsulun tərkibi, saxlanma şəraiti və sait səhhətinizə və sağlamlığınıza birbaşa və ya dolayısı ilə təsir edəcək məlumatlarla tanış olub onlardan agah olaraq belə sifariş və alışları icra edirsiniz.

9.7. Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifə vasitəsilə ilə hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, sizə və ya üçüncü şəxslərə çatdırılması üçün müraciət etdikdə, çatdırılma və alıcı barədə məlumatların natamam və yasəhv təqdim olunması nəticəsində, sifarişin uğurla yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırsınız və bu zaman yaranacaq əlavə xərc və ya Şirkətin itkilərini ödəyəcəyinizi öz üzərinizə götürürsünüz.

9.8. Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifədə qeydiyyatdan keçdikdən sonra biz sizə elektron poçt və ya sms vasitəsilə Şirkətin reklam və bildirişlərini göndərə bilərik.

9.9. Siz qəbul edir və təsdiq edirsiniz ki, Şirkət tərəfindən hər hansı məhdudiyyətlər Səhifə edilmədiyi halda siz hazırkı Səhifənin funksionalından və imkanlarından tam şəkildə istifadə edə bilərsiniz.

  1. Qayda müddəalarının müstəqilliyi

Hazırkı Qaydanın istənilən müddəası qanuni qüvvədən düşmüş və ya etibarsız sayılarsa, sözügedən müddəa qüvvədə olan qanunvericiliyə uyğun olaraq dəyişdirilən müddəanın məqsədlərinə maksimal dərəcədə yaxın olan müddəa ilə əvəz və şərh ediləcəkdir, Qaydanın digər müddəaları isə tam hüquqi qüvvəsində qalmaqda davam edəcəkdir. 

  1. Hüquqlardan imtina edilməməsi

Şirkət tərəfindən Qaydada əks olunan istənilən hüququn həyata keçirilməməsi və ya müdafiə edilməməsi Şirkətin həmin hüquqdan imtina etməsi anlamına gəlmir.

  1. Qaydanın bütövlüyü

Qayda siz və Şirkət arasında Qaydanın predmetinə dair bağlanmış bütöv razılaşmanı ifadə edir və bundan əvvəl istər yazılı, istərsə də şifahi formada ifadə edilmiş istənilən və bütün razılaşmaları, bildirişləri, bəyanatları və öhdəlikləri əvəz edir.

  1. Agentlik yaratmamaq öhdəliyi

Səhifənin istifadə edilməsi ilə sizin, Şirkətin və ya istənilən üçüncü tərəf Səhifə təminatı provayderinin arasında heç bir agentliyin, tərəfdaşlığın, birgə müəssisənin, işçi-işəgötürən və ya françayz verən-françayz alan münasibətlərinin nəzərdə tutulmasına, yaxud yaradılmasına yol verilmir.

  1. Hüquqların ötürülməsi

Şirkət hüquqlarını istənilən vaxt istənilən üçüncü tərəfə sizə öncədən bildiriş göndərmədən ötürə bilər. Lakin sizin hazırkı Qaydanı yaxud bu Qayda ilə bağlı hər hansı bir hüquq və öhdəliklərinizi bizim öncədən verilmiş yazılı razılığımız olmadan ötürməyə hüququnuz yoxdur və hazırkı müddəanın şərtlərini pozaraq istənilən bu cür ötürmə cəhdi etibarsız və hüquqi qüvvəsi olmayan hesab edilir.

  1. Tənzimləyən qanunvericilik və yurisdiksiya

15.1. Hazırkı Qayda Beynəlxalq Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair Konvensiyası və kolliziya normaları ilə bağlı prinsiplər istisna olmaqla, müstəsna olaraq, Azərbaycan Respublikasının ona dair tətbiq olunan qanunvericiliyi ilə tənzimlənir. Bununla siz Azərbaycan Respublikası məhkəmələrinin qeyri-müstəsna yurisdiksiyasına tabe olursunuz. Hazırkı Qaydanın istənilən müddəası etibarsız, qanunsuz və ya istənilən şəkildə hüquqi qüvvədən düşmüş hesab edildiyi təqdirdə, sözügedən müddəa hazırkı Qaydadan ayrılaraq onun qalan bütün müddəalarının etibarlılığına və hüquqi qüvvədə qalmasına təsir etməyəcəkdir.

15.2. Biz bu Səhifəni Azərbaycan Respublikasında idarə edirik və nəzarətdə saxlayırıq və Şirkəti Azərbaycan Respublikasından başqa digər dövlətin, ölkənin, ərazinin qanunlarına və ya yurisdiksiyasına tabe etmək niyyətimiz yoxdur. Şirkət Azərbaycan Respublikasından fərqli olan istənilən ölkədə Səhifənin istifadəsinin uyğun və ya əlçatan olacağına dair heç bir bəyanat və ya zəmanət vermir.

  1. Əlaqə məlumatları

Səhifəyə və ya hazırkı Qaydayə dair hər hansı bir sualınızın yaranacağı, şərhə ehtiyacınız olacağı, yaxud şikayətiniz olacağı təqdirdə, bizimlə info@ramzioglu.az e-mail ünvanı və/və  ya( +99412)375 16 85 [RH2] telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

“Rəmzioğlu Paxlava” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İştirakçı arasında bağlanmış müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi barədə

ƏYANİ QEYD

  1. Müqavilənin standart şərtləri aşağdakılardır:
    1. 5.2-ci bənd, Şirkət  998-IIIQ nömrəli 11 may 2011-ci il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq, sizə dair şəxsi, məxfi məlumatı toplaya, emal edə, istifadə edə və ya üçüncü tərəflərə ötürə bilər.
    1. 8-ci bənd,  Şirkət öz mülahizəsinə uyğun olaraq, istənilən vaxt istənilən səbəbdən və ya səbəbsiz olaraq, əvvəlcədən bildiriş göndərməklə və ya göndərmədən hazırkı Qaydanı dəyişdirə, dayandıra və ya ləğv edə bilər.
    1.  9.4-cü bənd, Siz qəbul edir və təsdiq edirsiniz ki,  Səhifə vasitəsilə ilə hər hansı xidmət üçün müraciət etdikdə, Şirkətin və/və ya xidməti icra edən bankın müəyyən etdiyi xidmət haqqı sizin qeyd etdiyiniz (edəcəyiniz) bank hesabından akseptsiz qaydada tutulacaq. Tutulmuş xidmət haqları heç bir halda geri qaytarılmır. Müvafiq hesabda yetərli vəsait olmadığı təqdirdə isə xidmət göstərilməsindən imtina olunacaq.
    1. 9.7-ci bənd, Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifə vasitəsilə ilə hər hansı xidmətin və ya məhsulun onlayn sifarişi, alışı, sizə və ya üçüncü şəxslərə çatdırılması üçün müraciət etdikdə, çatdırılma və alıcı barədə məlumatların natamam və yasəhv təqdim olunması nəticəsində, sifarişin uğurla yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırsınız və bu zaman yaranacaq əlavə xərc və ya Şirkətin itkilərini ödəyəcəyinizi öz üzərinizə götürürsünüz.
    1. 9.8. Siz qəbul edir və təsdiq edirsiniz ki, Səhifədə qeydiyyatdan keçdikdən sonra biz sizə elektron poçt və ya sms vasitəsilə Şirkətin reklam və bildirişlərini göndərə bilərik.
  • İştirakçılar səhifədən istifadə edərək sifariş verdikləri halda standart şərtlərlə tanış olduğu və onları qəbul etdiyini təsdiqləmiş olur.

 [RH1]Çatdırılma üçün ayrıca haqq olacaq? Məsafədən asılı olaraq dəyişəcək, ya necə?

 [RH2]E mail və telefon npmrəsi