Qozlu Midye – Rəmzioğlu Keyfiyyəti ilə
Rəmzioğlu Paxlava, Azərbaycanın ən güclü premium paxlava brendi olaraq, ənənəvi şirniyyatlarımızı yüksək keyfiyyətlə təqdim edir. Midye, unikal forması və bol qozlu içliyi ilə paxlava sevərlərin sevimli seçimlərindən biridir. Ən keyfiyyətli inqrediyentlərlə hazırlanan bu ləzzət, çay süfrələrinizin və xüsusi günlərinizin ayrılmaz hissəsinə çevriləcək.
Qozlu Midye
İncə qat-qat xəmirin qozla harmoniyasından yaranan bu məhsul, zərif və unudulmaz bir dada malikdir. Təbii inqrediyentlərdən hazırlanması onun həm ləzzətli, həm də keyfiyyətli olmasını təmin edir.
Tərkibi:
- Paxlava unu
- Kərə yağı
- Yumurta
- Nişasta
- Süd
- Mannı
- Qoz
- Şəkər tozu
- Su
- Duz
Saxlama müddəti:
- Yayda 3 gün
- Qışda 5 gün
Saxlama şəraiti: Sərin və rütubətsiz yerdə saxlayın.
Çatdırılma Şərtləri
- Şəhərdaxili ərazilərə çatdırılma – Sifarişlər alınma vaxtından etibarən 2 saat ərzində çatdırılır.
- Şəhərdaxili və şəhərətrafı ərazilərə pulsuz çatdırılma – Minimal sifariş məbləği 59 AZN.
- 59 AZN-dən aşağı sifarişlər üçün çatdırılma haqqı – 6 AZN.
- Rayonlara çatdırılma – Poçt ünvanlarına əsasən hesablanır.
Allergenlər
Qluten, yumurta, qoz, süd.
Tövsiyyə
Paxlavanın ləzzətini tam hiss etmək üçün yemədən öncə bir qədər isitmək tövsiyyə olunur.
Məlumatlandırma
- Şərbət təbii şəkər tozundan hazırlandığı üçün paxlavalarda şəkərlənmə baş verə bilər.
- Məhsullarımızda qutunun çəkisi nəzərə alınmır.
Qozlu Midyenin ənənəvi dadını Rəmzioğlu keyfiyyəti ilə kəşf edin!