Döymə Bakı Paxlavası – Ənənəvi Dad, Ləzzətli Təravət
Rəmzioğlu, Azərbaycanın ən güclü premium brendi olaraq, sizə xüsusi reseptlə hazırlanan Döymə Bakı Paxlavası təqdim edir. Seçilmiş inqrediyentlərlə bişirilən bu paxlava qat-qat incə xəmir, ətirli qoz içliyi və təbii şərbətin harmoniyası ilə sizi uşaqliq xatirələrinə aparacaq.
Tərkibi:
Əla növ buğda unu, kərə yağı, yumurta, xama, maya, qoz, şəkər tozu, su
Saxlama Qaydaları:
-
Saxlama müddəti: Yay aylarında 3 gün, qış aylarında 5 gün
-
Saxlama şəraiti: Məhsulu sərin və rütubətsiz şəraitdə saxlayın. Birbaşa günəş işığından uzaqda saxlamaq tövsiyə olunur.
Allergen Məlumatı:
Qluten, yumurta, qoz ehtiva edir. Allergiyası olan şəxslər üçün uyğun olmaya bilər.
Tövsiyə:
Soyuq havalarda Döymə Bakı Paxlavasını yeməzdən öncə bir qədər isidərək daha ləzzətli və yumşaq formada istifadə edə bilərsiniz.
Məlumatlandırma:
Şərbət, təbii şəkər tozundan hazırlanmışdır. Bu səbəbdən paxlavalarda şəkərlənmə baş verə bilər – bu, məhsulun keyfiyyətli və təbii olduğunun göstəricisidir.
Qeyd: Məhsullarımızın çəkisi hesablanarkən qutunun çəkisi nəzərə alınmır.
Tava qiymətlərinə, 10 ₼ tava qiyməti də daxildir.