Fıstıqlı Bülbül Yuvası – Ənənəvi Ləzzət və Keyfiyyət
Rəmzioğlu, Azərbaycanın ən güclü premium brendi olaraq, sizə ənənəvi və mükəmməl dadı ilə fərqlənən Fıstıqlı Bülbül Yuvası təqdim edir. Seçilmiş təbii və yüksək keyfiyyətli inqrediyentlərdən hazırlanan bu unikal şirniyyat, həm zərif strukturu, həm də zəngin dadı ilə hər damağa öz ləzzətini çatdırır. Rəmzioğlu olaraq biz, müştərilərimizin hər zaman təzə və yüksək keyfiyyətli məhsullarla tanış olmasını təmin edirik.
Tərkibi:
Paxlava unu, Kərə yağı, Yumurta, Nişasta, Antep fıstığı, Şəkər tozu, Su, Duz
Saxlama müddəti:
Yay aylarında: 3 gün
Qış aylarında: 5 gün
Saxlama şəraiti:
Sərin və rütubətsiz yerdə saxlanmalıdır. Bu, məhsulun təzə və ləzzətli qalmasına kömək edəcək.
Allergenlər:
Qluten, Fıstıq, Yumurta
Allergiyası olan şəxslərin diqqətli olması tövsiyə olunur.
Tövsiyyə:
Fıstıqlı Bülbül Yuvasını yemədən öncə isitməyiniz tövsiyə olunur. Bu, şirniyyatın yumşaqlığını və dadını daha da artıracaq.
Məlumatlandırma:
Şərbət təbii şəkər tozundan hazırlandığı üçün paxlavalarda şəkərlənmə ola bilər. Bu, məhsulun təbii xüsusiyyətidir və keyfiyyət göstəricisidir.
Qeyd: Məhsullarımızda qutunun çəkisi nəzərə alınmır.
Tava qiymətlərinə, 10 ₼ tava qiyməti də daxildir.
Fıstıqlı Bülbül Yuvası – Rəmzioğlu fərqi ilə hazırlanmış ənənəvi və zəngin bir ləzzət!