Qaymaqlı Şöbiyet – Rəmzioğlu’nun Mükəmməl Dadı
Rəmzioğlu Premium Şöbiyyətləri, ən yüksək keyfiyyətli paxlava unu və 83.5% təmiz kərə yağı ilə xüsusi resept əsasında hazırlanır. Tamamilə təbii məhsullardan istifadə edilərək, heç bir kimyəvi qatqı və qoruyucu maddə əlavə olunmadan istehsal olunur. Bu sayədə həm sağlamlıq baxımından etibarlı, həm də dad baxımından bənzərsiz bir seçimdir.
Şöbiyyətlərimiz xalis çəkidə satışa təqdim olunur və hər bir porsiyada incəliklə hazırlanmış qatların, fıstığın və kərə yağının harmoniyası hiss edilir. 2005-ci ildən bəri müştərilərimizə xidmət göstərərək ənənəni və keyfiyyəti qorumaq, hər zaman eyni dadı təqdim etmək bizim əsas məqsədimiz olmuşdur.
Rəmzioğlu Premium Şöbiyyətləri həm gündəlik şirin zövqləriniz üçün, həm də bayram süfrələri və qonaqlıqlar üçün ideal seçimdir. Onun xüsusi hazırlanma üsulu və zəngin tərkibi, hər dişləmədə unudulmaz bir ləzzət yaşadacaq.
Tərkibi:
Paxlava unu, Kərə yağı, Yumurta, Nişasta, Süd, Mannı, Şəkər tozu, Su, Duz
Saxlama müddəti:
-
Yay aylarında: 3 gün
-
Qış aylarında: 5 gün
Sərin və rütubətsiz yerdə saxlanmalıdır.
Bu məhsul karqo vasitəsilə çatdırılmır!
Allergenlər:
Qluten, Yumurta, Süd
Tövsiyyə:
Soyuq havalarda paxlavanı yemədən öncə isitməyiniz tövsiyyə olunur.
Məlumatlandırma:
Şərbət, təbii şəkər tozundan hazırlandığı üçün paxlavalarda şəkərlənmə ola bilər.
Qeyd: Məhsullarımızda qutunun çəkisi nəzərə alınmır.
Tava qiymətlərinə, 12 ₼ tava qiyməti də daxildir.