Qozlu Bakı Paxlavası – Ənənəvi Dad, Rəmzioğlu Keyfiyyəti ilə
Rəmzioğlu, Azərbaycanın ən güclü premium paxlava brendi olaraq, sizi Qozlu Bakı Paxlavası ilə klassik ləzzətin zirvəsinə dəvət edir. Seçilmiş inqrediyentlərlə hazırlanan bu şirniyyat incə qatlı xəmiri, bol qozu və təbii şərbəti ilə hər lokmada fərqini göstərir.
Tərkibi:
Əla növ buğda unu, kərə yağı, yumurta, xama, maya, qoz, şəkər tozu, su
Saxlama Qaydaları:
-
Saxlama müddəti: 30 gün
-
Saxlama şəraiti: Sərin və rütubətsiz məkanda, birbaşa günəş işığından uzaqda saxlayın. Hava keçirməyən qabda qorumaq tövsiyə olunur.
Allergen Məlumatı:
Qluten, yumurta və qoz ehtiva edir. Allergiyası olan şəxslərin diqqətli istifadə etməsi tövsiyə olunur.
Tövsiyə:
Soyuq havalarda paxlavanın dadını daha dolğun hiss etmək üçün onu yeməzdən əvvəl bir qədər isitməyiniz tövsiyə olunur.
Məlumatlandırma:
Şərbətimiz yalnız təbii şəkər tozundan hazırlanır. Bu səbəbdən məhsul üzərində şəkərlənmə ola bilər.
Məhsullarımızın çəkisi hesablanarkən qutunun çəkisi nəzərə alınmır.
Tava qiymətlərinə, 10 ₼ tava qiyməti də daxildir.