Ölkəmizdə və başqa türk, fars dilli ölkələrdə hazırlanan yüz illərdir bişirilən şirniyyat çeşididir. Paxlava, adətən Bahar bayramı ərəfəsində, el şənliklərində, bayramlarda mütləq süfrədə öz yerini alır. Badamlı paxlavanın tərkibi adından məlum olduğu kimi badam, bal, şəkər tozu, kərə yağı və undan hazırlanır.