Bu Məxfilik Siyasətinin məqsədi, “RƏMZİOĞLU PAXLAVA” MMC (“Şirkət”) tərəfindən idarə olunan internet saytının (“Sayt”) və “Rəmzioğlu müştəri loyallıq” mobil tətbiqinin fəaliyyəti zamanı Sayt istifadəçiləri/üzvləri/ziyarətçiləri (“Məlumat Subyekti”) tərəfindən Şirkətlə paylaşılmış və ya Şirkət tərəfindən Məlumat Subyektinin Saytdan/Tətbiqdən istifadə prosesi ərzində yaradılmış Fərdi məlumatların istifadəsinə dair şərt və qaydaları müəyyən etməkdir.
Hansı Məlumatlar Emal Olunur?
Bu bölmədə Şirkət tərəfindən emal edilən və Fərdi Məlumatlar Haqqında Qanuna əsasən Fərdi məlumat sayılan məlumatların siyahısı təqdim olunur. Başqa hal açıq şəkildə göstərilmədikcə, bu Məxfilik Siyasətində qeyd edilən “Fərdi məlumat” ifadəsi aşağıdakı məlumatları əhatə edir:
Fərdi Məlumatlar Haqqında Qanunun 5.3-cü maddəsinə əsasən açıq Fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Fərdin adı, soyadı və atasının adı daimi açıq Fərdi məlumatdır. Açıq kateqoriyalı Fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur və bu cür məlumatların emalı bu Məxfilik Siyasətinin müddəalarına tabe deyil.
Şirkət, Saytdan istifadə zamanı texniki rabitə faylı olan cookie (çərəz) vasitəsilə bu istifadəyə dair məlumatları toplayır və bu yolla IP məlumatlarını əldə edir.
Məlumatlar Hansı Məqsədlərlə İstifadə Olunur?
Fərdi məlumatlarınız aşağıdakı məqsədlərlə (“Məqsədlər”) emal edilə bilər:
Bu məqsədlər Qanunun 9-cu maddəsində göstərilən Fərdi məlumatların istifadəsi şərtləri çərçivəsində həyata keçirilə bilər.
Şirkət həmçinin analitik və marketinq məqsədli çərəzlərdən (cookies) istifadə edə bilər və bu çərçivədə toplanmış məlumatları, yalnız zəruri olduğu halda qanunvericiliyin yol verdiyi şərtlər daxilində üçüncü tərəflərə ötürəbilər.
Texniki rabitə faylları vebsaytın və ya cihazın vəziyyət və üstünlük parametrlərini yadda saxlayaraq internet istifadəsini asanlaşdırır. Bu fayllar, istifadəçilərin sayt üzərində davranışlarını (ziyarət sayı, müddət, məqsəd və s.) təhlil etmək və istifadəçilərə Fərdi məzmun və reklam təqdim etmək üçün istifadə olunur.
Əksər brauzerlər ilkin olaraq cookie (çərəz) fayllarını qəbul etməyə proqramlaşdırılmış olur, lakin istifadəçi istədiyi halda brauzer parametrlərini dəyişərək cookie (çərəz) fayllarının gəlməsini dayandıra və ya cookie (çərəz) faylı göndərildiyi halda xəbərdarlıq almasını təmin edə bilər.
Məlumatlardan Kimlər İstifadə Edə Bilər?
Şirkət, Məlumat Subyektinə aid Fərdi məlumatları və onlardan əldə etdiyi yeni məlumatları yalnız bu Məxfilik Siyasətində göstərilən məqsədlərin həyata keçirilməsi üçün, Şirkətin xidmət aldığı üçüncü tərəflərlə, həmin xidmətlərin təqdim olunması üçün məhdud şəkildə paylaşa bilər.
Şirkət, Məlumat Subyektinin təhlükəsizliyini təmin etmək, fırıldaqçılıq və icazəsiz istifadə hallarını aşkar etmək, əməliyyatların qiymətləndirilməsi, Sayt xidmətlərindəki xətaların aradan qaldırılması və ya bu Məxfilik Siyasətində göstərilən hər hansı məqsədlərin həyata keçirilməsi üçün məlumatları xarici xidmət təminatçıları (SMS xidməti göstərənlər, hosting şirkətləri, hüquq şirkətləri, çağrı mərkəzləri və s.) ilə paylaşa bilər.
Məlumatlara Giriş və Düzəliş Hüquqları
“Fərdi Məlumatlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, məlumat subyektləri aşağıdakı hüquqlara malikdir:
· informasiya sistemində özü barəsində Fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;
· informasiya sistemində özü barəsində Fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
· informasiya sistemində özü barəsində toplanılmış Fərdi məlumatların məzmunu ilə tanış olmaq;
· informasiya sistemində özü barəsində Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun Fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
· informasiya sistemində özü barəsində toplanılmış və işlənilən Fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
· özü barəsində Fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
· informasiya sistemində özü barəsində toplanılmış və işlənilən Fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
· informasiya sistemində özü barəsində toplanılmış və işlənilən Fərdi məlumatların mühafizəsini tələb etmək;
· özü barəsində toplanılan və işlənilən Fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
· bu Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. Subyektin etirazı mülkiyyətçiyə və ya operatora yazılı surətdə təqdim olunmalıdır. Subyektin etirazının əsaslandırılması tələb olunmur. Mülkiyyətçi və ya operator həmin etirazı aldıqda göstərilən Fərdi məlumatların toplanılmasını və işlənilməsini dərhal dayandırmalıdır.
İnformasiya texnologiyaları vasitəsilə Fərdi məlumatların toplanılması və işlənilməsi nəticəsində qəbul olunan qərar subyektin mənafeyini pozduğu halda, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyektin bu məlumatların göstərilən üsulla toplanılmasına və işlənilməsinə etiraz etmək hüququ vardır. Mülkiyyətçi və ya operator Fərdi məlumatların informasiya texnologiyaları vasitəsilə işlənilməsinə qarşı etiraz aldıqda, subyektdən onun barəsində məlumatların digər üsulla işlənilməsinə razılıq almalı və ya Fərdi məlumatların işlənilməsini təxirə salmadan dayandırmalıdır.
Subyekt onun barəsində Fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Subyekt göstərilən hüquqlarını kağız formatında yazılı ərizə və Fərdiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya gücləndirilmiş elektron imzalı elektron sorğu verməklə həyata keçirir.
Bu məxfilik siyasətinə uyğun olaraq Şirkət tərəfindən toplanılan və işlənilən Fərdi məlumatlarda hər hansı bir dəyişiklik olduqda məlumat subyekti həmin məlumata düzəliş edilməsi üçün yazılı müraciət etmək hüququna malikdir.
Fərdi Məlumatların Saxlanma Müddəti
Şirkət, Məlumat Subyekti tərəfindən təqdim olunan Fərdi məlumatları yuxarıda göstərilən məqsədlərin həyata keçirilməsi üçün tələb olunan müddət ərzində saxlayacaq.
Bundan əlavə, Şirkət, Məlumat Subyekti ilə arasında yarana biləcək hər hansı mübahisə zamanı hüquqi müdafiəsini təmin etmək məqsədilə, yalnız bu məqsədlə məhdud olmaq şərti ilə Fərdi məlumatları saxlaya bilər.
Məlumat Təhlükəsizliyi üzrə Tədbirlər və Öhdəliklər
Şirkət, müvafiq qanunvericilikdə müəyyən edilmiş və ya bu Məxfilik Siyasətində göstərilmiş şərtlərə əsasən:
təmin etmək üçün zəruri texniki və inzibati tədbirləri görməyi və mütəmadi nəzarət tədbirləri həyata keçirməyi öhdəsinə götürür.
Şirkət, Məlumat Subyekti barədə əldə etdiyi Fərdi məlumatları bu Məxfilik Siyasətinə və müvafiq qanunvericiliyə zidd şəkildə açıqlaya və ya emal məqsədlərindən kənar istifadə edə bilməz.
Sayt vasitəsilə digər tətbiqlərə yönləndirmələr olduqda, Şirkət həmin tətbiqlərin məxfilik siyasəti və məzmununa görə məsuliyyət daşımır.
Məxfilik Siyasətində Dəyişikliklər
Şirkət bu Məxfilik Siyasətinin müddəalarını istənilən vaxt dəyişdirə bilər. Yenilənmiş Məxfilik Siyasəti Məlumat Subyektinə hər hansı üsulla təqdim edildiyi tarixdən etibarən qüvvəyə minir.