Şirniyyat həvəskarlarının sevimlisi olan paxlavanı ən yaxşı necə yeməyin yolunu düşünürsünüz?
Bu ənənəvi şirniyyatdan maksimal həzzi almaq üçün onun yeyilmə qaydasını da bilmək lazımdır! Paxlavanın zəngin dadından tam həzz almaq üçün yeməyə başlamazdan əvvəl bir qurtum su içməklə başlayın. Paxlavanı yeməzdən əvvəl gözümüzlə onun təzəliyini yoxlamalıyıq. Əgər sarımtıl qızılı rəngə çalan bir görüntüsü və yumşaq hissiyyatı varsa, o paxlava təzədir. Yox əgər girintili-çıxıntılı və sərtləşmiş formada görünürsə, o paxlavanın bir qədər köhnəldiyini göstərir. Ümumi olaraq, qızıl sarısı rəngi, axmayan şərbəti ilə paxlava öncə gözümüzə xitab etməlidir. Daha sonra sırf şirniyyat yemək üçün nəzərdə tutulmuş kiçik çəngəl paxlavaya batırılır. Bu zaman paxlavanın təzə olduğunu bildirən bir xırçıltı səsi eşidilməlidir. Bu paxlavanın dadlı olacağını öncədən göstərən bir məqamdır. Daha sonra paxlava tərs çevirilməlidir. Paxlavanın şərbəti nə qədər çox olsa da onun axmamasına diqqət yetirmək lazımdır. Paxlavanı tam tərs tutmaq yerinə biraz maili tutmaq lazımdır. Növbəti mərhələdə paxlavanın altı damağa dəyəcək şəkildə dadılır. Paxlavanın dadı o zaman ortaya çıxır. Mərhələ-mərhələ ilk növbədə altı, daha sonra isə paxlavanın qatları dişlərinizə keçir. Sonda paxlavanın şərbəti dilinizə nüfuz edir və dad reseptorlarını aktivləşdirir. Bununla da, siz paxlavanın necə yeyilməli olduğunu öyrəndiniz. Ancaq unutmayın ki paxlava nə qədər dadlı olsa da, ona yoldaşlıq edəcək içki də mütləq lazımdır. Paxlavanı düzgün içki ilə birləşdirmək ondan damaq dadınızı daha da artıracaq. Ənənəvi olaraq qara çayı sevən bir millət olsaq da, bitki çayları ilə paxlavanın yuxasını daha rahat həzm edə və damağınızda mükəmməl balans yarada bilərsiniz. Həmçinin bir fincan sərt tünd qəhvə də yoxlaya bilərsiniz. Qəhvənin acılığı paxlavanın şirinliyi ilə mükəmməl tarazlıq yaradır, ümumi dad profilini zənginləşdirir.
Rəmzioğlu paxlavaları ilə bənzərsiz paxlavanın ənənəvi dadını hiss edin və bu hissi sevdiklərinizlə paylaşın.