Şəkərbura Paxlava Xonçası

Şəkərbura- Paxlava Xonçası Necə Hazırlanır?

Şəkərbura- paxlava xonçası Azərbaycan mətbəxinə məxsus olan və Novruz bayramında hazırlanan tradisional bir təəmüldür. Xonça adətən toy-bayram olduqda istifadə olunur. Əsasən nişanlarda, xeyir iş xonçaları hazırlandıqda bu metodlardan istifadə olunur. Xonçanın içərisində müxtəlif hədiyyələr ,meyvələr, şirniyyat və s. ola bilər.

Belə ki, Azərbaycan ənənələrinə görə xonçaya tək sayda, yəni 49 və ya 51 ədəd şəkərbura, paxlava qoyulur və qız evinə aparılır. Siz şəkərbura-paxlava xonçalarından qonaq gedəndə, eləcə də evinizdə bir məclis olanda da istifadə edə bilərsiniz.

Amma şəkərbura- paxlava bizim qonaq stollarımızın da bəzəyidir. Hələ Novruz bayramını demirik. Hər evdə yumru sinidə bəzədilmiş bayram xonçası. Xonçalarımızda hazırda başlıca yeri paxlava, şəkərbura vəə qoğal tutur. Qoğal Günəşin rəmzi, şəkərbura Ayın rəmzi, Paxlava isə ulduzların rəmzi sayılır.

Azərbaycanlılar üçün Novruz bayramının başqa yeri var. Bu bayram qədim adətlərini də özündə birləşdirir. Novruz həm tonqalı ilə, həm də şirin xonçası ilə sevilir. Novruzda qulaq falına çıxarlar, tonqaldan tullanarlar. Novruz səmənisi və bol nemətləri ilə hər bir insanı sevindirər.

Nişan xonçası nədir?

Azərbaycanın müxtəlif ərazilərində özünəməxsus xonçalar hazırlanır və hər bir tədbirə görə tərkibləri də, adları da müxtəlif olur. Məsələn: Nişan xonçası (içərisində mütləq nişan üzüyü və qırmızı baş örtüyü olmalıdır), Ağ xonça (Novruz, Ramazan və bu kimi bayramlarda qız evinə oğlan evi tərəfindən aparılan xonça), Qənd Paşı (qız evinə nişanda gələn xonçaların qablarında qız evi xonça tutar və oğlan evinə qabları xonça şəkilində geri qaytarar), Novruz xonçası və s.

Şəkərbura Paxlava Xonçasının Önəmi Nədir?

Novruz süfrələrinin də bəzəyi elə şəkərbura- paxlavadır. Bayramda hansı azərbaycanlının qapısını döysəniz, qarşınıza nəfis bəzədilmiş şəkərbura-paxlava xonçası çıxar. Qədim ənənələrə görə, şəkərbura ayı, paxlava isə torpağı simvolizə edir. Novruz bayramı yazın gəlişini, təbiətin oyanması deməkdir. Ona görə də,  bu bayramda stola bu nemətlərin qoyulması vacibdir.

Şəkərbura- Paxlava Hazırlanışı

Yüz illərdir formalaşan adət-ənənəmizə görə, ilaxır çərşənbədə və Novruz bayramında süfrələrimizdə şəkərbura, badambura, paxlava kimi şirniyyatlar üstünlük təşkil edir. Bu il də xanımlarımız bu şirniyyatlardan bişirməyə hazırlaşırlar. Bəs ən yaxşısından hazırlamaq üçün nə lazımdır? AFN kollektivdəki xanımların tövsiyəsi və rəyi əsasında oxuculara ən yaxşı şəkərbura reseptini təqdim edir.

Xəmir üçün:

  • 1 kq un

  • 250 qr yumşaldılmış kərə yağı

  • 3/1 çay qaşığı quru maya

  • yarım çay qaşığı şəkər

  • bir çimdik duz

  • 2 yumurta

  • apardığı qədər (təxminən 2 stəkan) süd.

İçlik üçün:

  • 500 qr qabığı çıxarılıb ağardılmış fındıq ləpəsi

  • 400 qr şəkər

  • yarım xörək qaşığı hil.

Hazırlanma qaydası

Unu ələyib xəmir yoğuracağımız qaba qoyuruq, ortasına yumşaldılmış yağı, mayanı, pesoku, yumurtaları ağlı-sarılı yüngül çalıb əlavə edirik. Bunları əllə qarışdırdıqdan sonra yavaş-yavaş süd əlavə edib xəmiri yoğururuq. Orta bərklikdə xəmir hazırlayıb selofana büküb soyuq yerdə 5 dəqiqə saxlayırıq.

Soba tavasını, əvvəlcədən hazırlanmış içliyi (fındığı rəndədən, yaxud blendrdən keçirib içinə pesoku və yarım xörək qaşığı hili əlavə edib qarışdırırıq-red.), bəzək maqqaşlarını hazırladıqdan sonra xəmirin yarısını kəsib yumurta boyda kündələr tuturuq. Qalan yarı xəmiri yenidən selofana büküb soyuq yerə qoyuruq.

Kündələri təxminən böyük fincanın ağzı ölçüsündə yayıb selofanın altında üst-üstə yığırıq. Hamısını yaydıqdan sonra ən altdakından başlayaraq götürüb içinə bir xörək qaşığı içlik əlavə edib ağsını bükürük. Bükdüyümüz şəkərburaları ağzıüstə selofanın altına yığırıq. Hamısı bitdikdən sonra bir-bir götürüb üzərini naxışlayıb tavaya düzürük.

Əvvəlcədən 150 dərəcədə isidilmiş sobaya qoyub təxminən 20-25 dəqiqə (altı yüngül qızarana qədər-red.) bişiririk.

P.S. Bir çox xanımlar şəkərburanın xəmirinə xama qatırlar, lakin biz bunu tövsiyə etmirik. Xamasız xəmirdən hazırlanan şəkərburaların naxışı itmir, həmçinin uzun müddət qalanda da qurumur.

Paxlava necə hazırlanır?

Xəmir üçün:

  • 1kq un

  • 3 yumurta

  • 250 q kərə yağı

  • 1 st süd

  • 2 x.q xama

  • 1 ç.q quru maya

  • Duz

İçlik üçün:

  • (İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.)

  • (Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk)

  • 1 kq qoz ləpəsi

  • 1kq şəkər tozu

  • 1/3 ç.q hil.

Yağlamaq üçün:

  • 400 – 450 q kərə yağı

Şərbət üçün:

  • 2st şəkər tozu

  • 1 st su

Üzü üçün:

  • 2 ədəd yumurta sarısı

  • Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)

Hazırlanma qaydası

  1. Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.

  2. Yağı əridirik.

  3. Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

  4. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.

  5. Yumşaq xəmir yoğururuq.

  6. Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq.

  7. İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.

  8. Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik.

  9. Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.

  10. Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.

  11. Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi

  12. Xəmir 2 saata acıyır.

  13. Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük qalanlarını balaca kündələyirik.

  14. Yuxanı (az) unla yayırıq.

  15. Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq.
  16. Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.

  17. Yenə yuxanı sərib yağlayırıq.

  18. Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.

  19. Xəmiri romb şəklində kəsirik.

  20. Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq.

  21. 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra çıxarıb yağlayırıq.

  22. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük.

  23. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.

  24. Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.

  25. Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.

Şəkərbura Xonça Qiymətləri

Şəkərbura- paxlava xonçası, Azərbaycan mətbəxinin və ən çox da Novruz bayramının simvolik və ən tanınmış təəmül nümunələrindən biridir. Bu xonça, əsasən Novruz bayramının müstəqil və müqəddəs bir hissəsi kimi qəbul edilir. Bəs şəkərbura xonçasının qiyməti neçəyə olur?

“Ramzioğlu” şirniyyat mağazasında həm milli nemətlər, həm də türk kulinariyasının şirniyyatları satılır. Milli setdə həm şəkərbura, həm də paxlava olur. 8 paxlava və 6 şəkərbura qoyulan bu qutunun qiyməti 25.90 AZN-dir.

Bu şirniyyat evində şəkərburalar sayla satılır. Azərbaycanlılar isə daha çox şəkərbura xonçalarını xeyir işlərdə- nişan və toylarda istifadə edirlər. Adətə görə, nişanda qız evinə tək say olmaqla, yəni 49, 51 və s.sayda şəkərburadan hazırlanmış xonça aparılır. Şəkərbura-paxlava xonçasının hazırlanmasında bizim mağazanı seçə bilərsiniz.

Bizim satış mərkəzində 1 şəkərburanın qiyməti – 2 AZN-dir.  

Paxlava Xonça Qiymətləri

Eyni adətlər paxlava üçün də keçərlidir. Belə ki, xonçaya hazırlanmış iri, səliqəli və şirəli paxlavalar yığılır və xeyir işə aparılır.

Paxlavalara gəlincə, onların qiyməti işliyə görə dəyişir. Bildiyiniz kimi, paxlava qoz, fındıq və badam işliyi ilə bişirilir.

  • Fındıqlı Bakı paxlavası- 2.82 AZN

  • Badamlı Bakı paxlavası- 2.91 AZN

  • Qozlu Bakı paxlavası- 2.91 AZN

Ramzioğlundan Şekerbura Paxlava Xonçası Sifarişi

“Ramzioğlu” paxlavada Azərbaycan və türk mətbəxinə aid şirniyyatlar satılır. Nəfis dadlar tanınmış və peşəkar şirniyyatçılar tərəfindən hazırlanır və müştərilərə təqdim olunur.  Saytımıza daxil olaraq həm çeşidlərimizlə tanış ola bilərsiniz, həm də rahatlıqla sifariş üçün nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, məhsullarımızda qutunun çəkisi nəzərə alınmır. Bu isə sifarişçilərə rahatlıqla öz seçimlərini etmək imkanı verir.

Bizi Youtube’dan da izləyin: 

Bu yazını paylaşın