Paxlava dedikdə ilk ağıla Qaziantep gəlir. Orijinal Qaziantep paxlavası ustadan şagirdə öyrədilir və istehsal üsulu və dadı ilə digər paxlavalardan fərqlənir. Əslində bu fərqi ortaya qoyan ən əhəmiyyətli xüsusiyyət istifadə olunan məhsullardır. Maraqlıdır ki, bu gün haqqında danışdığımız soyuq paxlava desertinə xalq arasında “Sütlü Nuriye” şirniyyatı da deyilir. Diyarbakırın doyulmaz ləzzətlərindən olan Sütlü Nuriyə paxlavası digərlərindən daha yüngül olduğu üçün üstünlük verilir. Badam və paxlava xəmiri ilə hazırlanan, süd şərbəti üzərinə tökülən bu desertə el arasında həm də “Diyarbakır paxlavası” deyirlər. Ancaq onu da qeyd edək ki, bu paxlava digər regionlara da aid edilir və konkret bir bölgənin üzərində durulmur.
Paxlava yuxası ilə hazırlanan soyuq paxlavanın tərkibində əsasən süd, az miqdarda şəkər, püstə və şokolad olur. Desert tünd şokolad parçaları ilə örtülür. Fərqli damaq dadı var bu şirniyyatın və tərkibinə görə əsasən yüngül olduğu üçün soyuq paxlavaya adətən bayramlarda tələbat çox olur.
Adətən milli paxlavalar daha ağır şərbəti ilə seçilirlər. Südlü paxlava desertləri isə özündən əvvəlkilərdən daha yüngül və fərqli inqridiyentlərdən hazırlanır. Sonradan ortaya çıxan bu reseptin də bir tarixçəsi var. Belə ki, 1980-ci illərdə, inqilabın gərgin atmosferində ordunun idarə etdiyi bələdiyyələr paxlavaya qiymət məhdudiyyətləri qoyurlar. Bələdiyyə sədri tərəfindən tənzimlənən qiymət fısdıqlı və qozlu, şərbətli paxlavanın hazırlanması üçün çox aşağı qiymət idi. Bu səbəbdən satış edən mağazalar getdikcə azalırdı. Sonda məşhir şirniyyatçılardan biri – Güllüoğlu Baklavalarının sahibi Hacı Mustafa Güllü bu çətinliyə bir çarə tapir və şərbət əəzinə süd, fısdıq əvəzinə fındıqdan istifadə edir və nəticədə daha yüngül, daha az maliyyətli şirniyyat ortaya çıxır. Daha sonra bu yeni reseptdən digər ustalar da istifadə edir. Adı isə “Sütlü Nuriye” olaraq yayılır.
Südlü paxlava resepti ilə aşağıda tanış olacaqsınız. Hər bayram, xüsusilə Ramazan və qurban bayramlarında qonaq getmək, bayramlaşmaq adətimizdir. Belə bayramlarda ən çox ehtiyac duyduğumuz şey isə süfrəyə qoyulan şirniyyatlardır. Bəzən hazırlıqlar bir neçə gün əvvəldən başlayır və şirniyyatlar hazırlanır. Ancaq hazırlanan şirniyyatların təzə qalması üçün nə edilməlidir? Əgər bayramlarda tez-tez südlü paxlavalar hazırlayırsınızsa, bunlara diqqət edin. Paxlava düzgün şəraitdə saxlanılarsa, 3-4 gün təravətini saxlaya bilir. Paxlavanın təzə qalması üçün müvafiq saxlama şəraiti təmin edilməlidir. Paxlava sərin və quru yerdə saxlanmalıdır. Qapalı şüşə qabda və ya hava keçirməyən qabda saxlanıla bilər. Paxlavanı soyuducuda saxlamaq olmaz, çünki o, soyuducuda olan nəmi özünə çəkib dadını korlaya bilər. Paxlavanı bir neçə qat kağız dəsmal ilə örtmək nəmin udulmasına kömək edə bilər. Bundan əlavə, streç film və ya alüminium folqa paxlavanın üzərinə bükülməməlidir, çünki bu, paxlavanın nəm çəkməsinə və onun teksturasının pisləşməsinə səbəb ola bilər. Saxlama zamanı paxlavaları üst-üstə yığmaq olmaz, əks halda şərbət paxlavanın üstündən axa bilər. Paxlavaya soyuq süd əlavə etmək qeyri-adi görünə bilər, lakin şirin və qozlu içliyi ilə gözəl dadlı, qaymaqlı tekstura yaradır. Əminik ki, paxlavanın hazırlanması asan olan bu reseptlə ailənizi və dostlarınızı heyran edəcək. Ləzzətli bir desert təcrübəsi üçün paxlavanızı bir fincan qəhvə və ya soyuq südlü çayla təqdim etməyi unutmayın.
Şokolad, süd və fıstığın bənzərsiz görüşü ilə mükəmməl dadına çatan soyuq paxlava, dadına görə deyil, həm də şərbətli şirniyyatlara nisbətən daha yüngül olduğu üçün dadan hər kəsi valeh edir. Damaqda əriyən və ağızda ləzzətli bir dad yaradan soyuq paxlava ləzzətinin sirri, şübhəsiz ki, südlə hazırlanan şərbətdədir. Südlü paxlava maddələri olduqca çoxdur. İnqridiyentlərin zənginliyi və fərqli dadı südlü paxlavanı daha ləzzətli edir. Əgər ev şəraitində bu ləzzətli deserti hazırlamaq istəsəniz, sizə lazım olacaq ərzaqlar bunlar olacaq:
500 qram un
1 stəkan su
1 xörək qaşığı sirkə
1 çay qaşığı duz
250 qram kərə yağı
Hazırlanması:
Unu böyük bir qaba qoyun.
Bir qaba su, sirkə və duz qoyun və qarışdırın.
Qarışığı una tökün və xəmirinizi yoğurun.
Xəmiri bir neçə dəqiqə yoğurun, sonra xəmiri 30 dəqiqə qapalı bir qabda saxlayın.
Xəmiri 24 bərabər hissəyə bölün.
Ərinmiş kərə yağı bir kənara qoyun.
Hər bir xəmir parçasını unlu səthə yayın. Xəmiri nazik bir şəkildə yayın.
İlk xəmiri yaydıqdan sonra üzərinə kərə yağı sürtün.
Üstünə ikinci xəmiri qoyun və yenidən kərə yağı ilə yağlayın.
Bu prosesi bütün xəmir parçaları üçün təkrarlayın.
Hazır xəmirdən istifadə edərək də paxlava edə bilərsiniz.
Bəs Südlü paxlava resepti və hazırlanması necə olur, bunu necə hazırlamalıyam, deyirsinizsə, elə indi qeydlərinizi aparın. Əvvəlcə şərbəti üçün bir qazana süd və şəkər tozu töküb ocağa qoyun. Şəkər tozu əriyənə qədər qarışdırın. Qaynamağa başladıqda bir dəqiqə müddətində zəif ocaqda qaynadıb, sonra ocaqdan götürüb soyudun. Lakin bilməli olduğunuz məqamlar var. Şərbəti hazırlayarkən şəkərin əriməməsinə və karamelize olmamasına diqqət edin. Limon dilimi şərbətin tutarlılığını tənzimləyir və şərbətin qatılaşmasının qarşısını alır. Darçın əlavə etsəniz şərbətin dadını artırar. Bununla belə, darçının istifadəsi, əlavə edilib ya edilməməsi tamamilə sizin damaq dadınıza bağlıdır. Paxlava şərbətini hazırladıqdan sonra isti şərbəti soyuq paxlavanın üzərinə elə tökməlisiniz ki, şərbət paxlavanın hər qatına çatmalıdır. Şərbəti paxlavanın üzərinə tökdükdən sonra bir neçə saat saxlayın ki, şərbət tamamilə hopsun və paxlavanız daha dadlı olsun. Paxlava şərbətinin hazırlanması evdə hazırlanmış paxlavanın dadını və keyfiyyətini artırmaq üçün əla üsuldur. Bu sadə reseptlə hər kəs asanlıqla evdə şərbət hazırlaya bilər
İndi isə paxlavanın özünü necə hazırlamaq lazımdır, ona baxın. Başqa bir qazanda kərə yağını əridib ocaqdan götürün. Üzərinə yığılan kəfi yığıb atın. Daha sonra ərinmiş kərə yağının üzərinə duru yağı da əlavə edib qarışdırın. Yuxaları dəzgahın üzərinə açıb sininin ölçüsündə kəsin. Daha sonra sinini yağlayıb 2 qat yuxa sərin. Hər qata az-az yağdan səpin. Yuxaları bu qaydayla siniyə düzüb ara qatlarına bol çəkilmiş və ya çox xırda doğranmış fıstıq, qoz və ya fındıq ləpəsini səpin. Ən sonda iti bir bıçaqla paxlavanı dilimləyib qalan yağı da üzərinə gəzdirin. Daha sonra əvvəlcədən 160 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Sobadan çıxartdıqdan 3-4 dəqiqə sonra soyuyan südlü şərbəti də üzərinə gəzdirin. Kənarda saxladıqdan sonra süfrəyə verdikdə üzərinə ilk öncə kakao səpib rəndələnmiş şokolad və yaşıl Antep fıstığıyla süfrəyə verə bilərsiniz.