Toy və Nişan Xonçaları
Toy və nişan mərasimləri hər bir insanın həyatında ən önəmli və unudulmaz günlərdən biridir. Hər kəs bu özəl günü daha da yaddaqalan etmək istəyir. Bu baxımdan bəzəkli zənbillər və xonçalar həmin günlərin ayrılmaz hissəsinə çevrilib. Toy, nişan, ad günü və digər özəl günlər üçün hazırlanmış xonçaların içi çeşidli peçenye, şirniyyat və paxlava ilə bəzədilir.
Eyni zamanda xonçalar və zənbillər müştərinin istək və zövqünə uyğun olaraq fərqli dizaynlarda hazırlanır. Rəmzioğlunun qoz, fındıq, badam və püstə kimi keyfiyyətli inqrediyentlərlə hazırlanan milli və türk paxlavaları ilə zənginləşdirilmiş ləzzətli qutuları xüsusi sifarişlə təqdim olunur.
Toy və nişan üçün nəzərdə tutulmuş bu xonçalar həm estetik, həm də ləzzətli tərkibi ilə seçilir. Ənənə və müasirliyi bir araya gətirən bu xonçalar sevdiklərinizə gözəl və yaddaqalan bir hədiyyə olacaq.
Novruz Xonçası
Ölkəmizin və xalqımızın ən qədim bayramlarından biri olan Novruz – baharın gəlişi və təbiətin oyanışını simvolizə edir. Bu bayramın ən sevilən ənənələrindən biri də Novruz xonçasıdır. “Rəmzioğlu” olaraq bayram süfrələriniz üçün şəkərbura, qoğal, badambura, eləcə də milli və türk paxlavaları ilə zənginləşdirilmiş xonçalar təqdim edirik. Bu məhsullar təkcə bayram süfrələri üçün deyil, həm də sevdiklərinizə və qohumlarınıza hədiyyə etmək üçün mükəmməl seçimdir.
Hər bir desert və şirniyyat yüksək keyfiyyətli, təbii və təzə inqrediyentlərdən hazırlanır. Novruz ruhunu əks etdirən bu xonçalar həm görünüşü, həm də dadı ilə seçilir.
Novruz Xonçasının Satışı
Toy, nişan və Novruz üçün nəzərdə tutulan xonçaları saytımız vasitəsilə onlayn sifariş edə bilərsiniz. Eyni zamanda sifarişlərinizi birbaşa mağazamızdan da həyata keçirə bilərsiniz. Seçdiyiniz məhsul ölçülərinə və tərkibinə uyğun şəkildə hazırlanacaq.
Rəmzioğlu keyfiyyəti ilə hazırlanmış xonçalarla bayramlarınızı daha da dəyərli və dadlı edin!
Bizi Youtube-dan izləyin.