2005-ci ildən bəri

Haqqımızda

Ənənəvi paxlava sənətini müasir keyfiyyətlə birləşdirən Azərbaycanın aparıcı şirniyyat brendiyik.

20+

İl təcrübə

6

Filial

30K+

Müştəri

4.8★

Reytinq

Bizim hekayəmiz

2005-ci ildən un məmulatları sahəsində fəaliyyətə başladıq. 2013-cü ildən isə paxlava istehsalı və satışı istiqamətində inkişaf edən şirkətimiz milli və türk paxlavaların istehsalı və satışı ilə fəaliyyət göstərir.

Paxlavanı, qədim hazırlanma ənənələrinə sadiq qalaraq, eyni zamanda, yenilikləri tətbiq edərək hazırlamaq böyük bir məsuliyyət tələb edir. Bu məsuliyyəti anlayaraq çox böyük əzmlə incəlik tələb edən bu sahəyə qədəm qoyduq.

İşin öhdəsindən bacarıqla gəlmək üçün peşəkar yerli və Türkiyənin paxlava mərkəzi olan Gaziantepli ustalarla birgə işə başladıq. Ənənəvi Türk paxlavasını daha dərindən araşdırmaq və ölkəmizdə təqdim etmək üçün dəfələrlə Gaziantepdə olduq.

Burada türk paxlava markalarının istehsalında tətbiq olunan təcrübələri öyrənərək öz istehsalımızda tətbiq etdik. Hal-hazırda son texnologiyalara əsaslanan istehsal ilə ənənəvi milli və türk paxlavalarını özünə məxsus dadı ilə təqdim edirik.

Vizyonumuz

Azərbaycanın ənənəvi şirniyyat mədəniyyətini qoruyan, inkişaf etdirən və onu dünyaya tanıdan milli brend olmaq.

Missiyamız

Azərbaycan şirniyyatlarını ənənəyə sadiq qalaraq, eyni zamanda yenilikləri tətbiq edərək, yerli və beynəlxalq müştərilərə çatdırmaq.

DƏYƏRLƏRİMİZ

Keyfiyyət

İstisnasız olaraq, bişirdiyimiz hər bir paxlava və satılan məhsullarımız ən yaxşı tərkib malları ilə hazırlanır.

Müştəri Məmnuniyyəti

Məhsul keyfiyyəti ilə yanaşı, ünsiyyət keyfiyyətimizi də daim üst səviyyədə tutmağı öhdəlik olaraq qəbul edirik.

Sürətli Çatdırılma

Sizin üçün xidmətlərimizdə və çatdırılma üçün tələb olunan bütün vasitələrdə daim yenilik axtarışındayıq.

BLOQUMUZ

Ən son yazılarımız

MOBİL TƏTBİQ

Rəmzioğlu cibinizdə

Mobil tətbiqimizi yükləyin və xüsusi bonus, kampaniya və endirimlərdən ilk siz xəbərdar olun. Sifariş verin, sevimlilərinizi saxlayın, bonus toplayın.

  • Sürətli sifariş və izləmə
  • Bonus kart və xüsusi endirimlər
  • Push bildirişlərlə yeniliklərdən xəbərdar olun

Dadımızı hiss edin

İlk sifarişinizi verin, keyfiyyəti özünüz görün

Sifariş et