Türk Lokum Çeşitləri: Ən Məşhur və Çox İstifadə Edilənlər

Türk mətbəxinin ən məşhur desertlərindən biri olan lokum çeşid baxımından zəngin bir desertdir. Türk lokumu ənənəvi türk desertləri arasında mühüm yer tutur və fərqli dadları ilə hər kəsin dadına xitab edir. Lokum dünyaca məşhur türk desertidir. Türkiyə ilə yanaşı, Yaxın Şərq, Balkanlar və Şimali Afrikada da məşhurdur. Lokum, adətən nişasta və şəkərdən hazırlanan yumşaq və jele konsistensiyasına malik desertdir. Türk lokumunu müxtəlif dad və ətirlərlə zənginləşdirmək olar. Lokum ilk olaraq bal ,un və meyvə şirələrindən hazırlandıği halda zamanla rafinə edilmiş şəkər və nişastanın kəşfi ilə bir az tərkib dəyişikliyi etmişdir. Lokumların tərkibində müxtəlif ədviyyatlar,meyvə quruları,fıstıq ,fındıq və bu kimi əlavələr ola bilir.Bu da öz növbəsində fərqli lokum növlərinin yaranmasına səbəb olur.Ənənəvi olaraq, türk lokumu adətən kokosla örtülür və dilimlərə kəsilir. Xüsusilə bayramlarda, xüsusi günlərdə və qonaq qəbul edərkən tez-tez istehlak edilən bir desertdir. Türk lokumunun növləri və xüsusiyyətləri bu yazıda yaxından tanış olacaqsınız. 

Türk lokumunun növləri hansılardır?

Ağız dadı ,istehsal şəkli və istehsal yerinə görə bir çox lokum növləri var.Günümüzdə ən çox üstünlük verilən lokum növlərinin başında antep fistıqlı lokum,fındıqlı lokum,antep fıstıqlı düz və sarma lokum,portağallı fındıqlı lokum,ballı antep fıstıqlı lokum və s gəlir.
Bunlarla yanaşı son zamanlar şokolad dolğulu antep fıstıqlı lokum,kadayıflı lokum,qaymaqlı lokumlar da çox alınanlar sırasındadır.

Ən məşhur və üstünlük verilən lokum növü hansıdır?

Ənənəvi türk şirniyyatları arasında mühüm yer tutan türk lokumunun ən məşhur növü, adətən sarı rəngli və kokosla örtülmüş lokumdur. Yumşaq teksturası və sıx şəkər siropu ilə diqqət çəkən sarı lokum Türkiyədə və dünyada ən çox seçilən lokum növlərindən biridir.

Lokumun faydaları


Lokum çox güclü enerji mənbəyidir.Yeyilən zaman damaqda mükəmməl bir dad buraxan lokum eyni zamanda çeşidli qaraciyər və böyrək xəstəliklərinin müalicəsinə də kömək edir.Həmçinin yarana biləcək böyrək xəstəliklərindən də qoruma xüsusiyyətinə malikdir. Qaraciyər və böyrək xəstələrinə əsasən kakolu və vanilli lokumlar yemək tövsiyyə olunur.
Lokumun yapışqan və sürüşkən xüsusiyyəti onun boğaz iltihabı xəstəliklərinin müalicəsində istifadə olunmasına səbəb olmuşdur. Rahat lokum adlandırılmasının da əsası elə boğaz ağrılarını rahatlamasıdır.
Lokumun insan sağamlığına yararlı bir digər özəlliyi toksinləri bədəndən atılmasına kömək etməsidir.Günlük lokum yemək antioksidan effekt yaradaraq toksik maddələrin orqanizmdən atılmasına kömək edir.Beləliklə immunitetimizi gücləndirir və xəstələnmə riskimizi yüksək dərəcədə azaldır.Həm də toksinlərin atılması bədən yarlarının əmələ gəlməsinin qarşısını alır.Anadoluda hələ də yara müalicəsi məqsədi ilə lokum istifadə edildiyi məlumdur.
Dieta saxlayanlar üçün də lokum faydalı bir qidadır.Günlük qəhvənin yanında yeyilən bəlli miqdar cifte kavrulmuş lokum şəkər istəyini qarşılayır və enerji verir.Yüksək lif xüsusiyyətli olması ilə də uzun zamanlı toxluq hissi verir.

Xüsusi günlər üçün hansı lokum növlərinə üstünlük verilməlidir?

Xüsusi günlərdə müxtəlif növ lokumlara üstünlük vermək olar. Bayram və şənliklərdə ümumiyyətlə rəngarəng və bəzəkli türk lokumlarına üstünlük verilsə də, ənənəvi türk lokumları daha xüsusi və sadə dad axtaranlar üçün ideal ola bilər. Xüsusilə Osmanlı lokumu kimi xüsusi ləzzətlər qonaqlarınıza təqdim etmək üçün əla seçim ola bilər.

Yekun

Türk mətbəxinin vazkeçilməz desertlərindən biri olan lokum geniş çeşidi ilə hər damağa xitab edir. Ənənəvi türk lokumunu dadmaq və bu unikal dadları kəşf etmək üçün müxtəlif növ lokumları dada bilərsiniz. Hər biri özünəməxsus ləzzətləri olan türk lokumları desert süfrələrinizə zəriflik və ləzzət qatacaq.

Bu yazını paylaşın